Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “ArchiCO” MMC ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Zabrat-Pirşağı yolunun 3-cü km-də zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin layihələndirilməsi nəzərdə tutulub. Müqavilənin məbləği 212 min manatdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakı Abadlıq Xidməti” ММC ilə 2 müqavilə bağlayıb. Birinci müqavilədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsində 4 ədəd 9 mərtəbəli 54 mənzilli, 8 ədəd 9 mərtəbəli 45 mənzilli binaları, İnzibati bina, 100 yerlik uşaq bağçası və abadlıq işləri nəzərdə tutulub və müqavilənin məbləği 38 milyon 935 min manatdır.
2-ci müqavilədə isə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Hövsan qəsəbəsində zəruri sosial-texniki infrastrukturu olan 270 ailəlik yeni yaşayış məhəlləsində 6 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, 100 yerlik uşaq bağçasının tikintisi və abadlıq işləri nəzərdə tutulub. Bu müqavilənin məbləği 20 milyon 521 min manatdır.
Üç müqavilənin ümumi məbləği 59 milyon 668 min manatdır.






