“Gürcüstanın dövlət büdcəsi 6.4 milyard dollar, Ermənistanın büdcəsi isə 4.4 milyard dollardır”.
Bunu Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi ikiqat çox olmaqla regionda liderliyi saxlayır: “Son bir əsrdə ilk dəfədir ki, qlobal savaşlar sırasında ayaq altında qalmırıq. Yalnış siyasətin nəticəsinə düçar olmuruq. Bu, prezidentimizin siyasətinin nəticəsidir. Büdcədə dəyişikliklər ərzaq xərclərinin artması, qıtlıq və ərzaq böhranına yol verilməməsinə xidmət edir”.