4 C
Baku
Tuesday, December 24, 2024

Zahid Oruc: Cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi yanaşma tamamilə yanlışdır

İnzibati Xətalar Məcəlləsində tullantılarla bağlı cərimələrin artırılması ilə bağlı dəyişikliklərin sosial şəbəkələrdə insanların demək olar müsbət reaksiyasına səbəb olduğu müşahidə edilib, çünki bir çox ölkələrdə sanksiya dərəcələri demək olar yüksəkdir.

Bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi anlayış və yanaşmalar tamamilə yalnışdır:

“Real mənzərəyə bir az geniş aspektdən baxmalıyıq. Misal olaraq, 2018-ci ilin göstəricilərinə görə, 10 min şəxs tütün məmulatlarının atılması ilə bağlı 383 min manata yaxın cərimələnib. Göründüyü kimi rəqəmlər böyük deyil”.

Z.Oruc vurğulayıb ki, qanunun fəlsəfəsi ilk növbədə insanları kütləvi cərimələmək deyil, əksinə çəkindirici funksiyasıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər