26 C
Baku
Saturday, July 27, 2024

Zahid Oruc parlament seçkilərinə qatılır

Beşinci çağırış Milli Məclisin deputatı Zahid Oruc da gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc  namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb.

O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb. Hər zaman seçicilər qarşısında daşıdığı məsuliyyətə sadiq qalmağa çalışıb. O, bu illər ərzində Qarabağın mühüm tarixi bölgəsinin təmsil etməklə hər zaman qürur duyduğunu deyib və bunu mənəvi, həyati bir borc saydığını söyləyib.

Qeyd edək ki, bu günə qədər sözügedən dairədən 10-a yaxın namizəd var. Zahid Oruc bildirib ki, hər bir iddiaçıya hörmətlə, ehtiramla yanaşır, onları rəqib deyil, vətənimizin ləyaqətli övladları statusunda görür.

Zahid Oruc qarşıdakı 5 illik dövrdə çox mühüm təklifləri, planları seçicilərlə görüşlər əsasında irəliyə sürəcəyini və seçki qərargahı vasitəsilə aktiv kampaniya aparacağını bildirib.

                                                                                                         Modern.az

Son xəbərlər
Digər xəbərlər