10 C
Baku
Monday, November 18, 2024

Zahid Oruc: “Zəngəzur dəhlizindən daha çox milli şirkətlərimiz qazanmalıdır”

Rusiya-Ukrayna münaqişəsi ilə qitələrarası iqtisadi əlaqələrin əsaslı dəyişməsindən sonra Zəngəzur dəhlizinin açılmasından daha çox qonşu dövlətlər və özəl şirkətlər deyil, yerli şirkətlər qazanmalıdır.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe baxımından, dövlət başçısının reallaşdırdığı layihələr (Şimal-Cənub və Şərq-Qərb dəhlizləri) baxımdan yükdaşımalar perspektivli sahə olmalıdır.

“2019-cu ildə Azərbaycanın yükdaşımalarının həcmi 250 milyon ton təşkil edib. Daşınan malların 88 %-i avtomobil nəqliyyatı, 8.4 %-i dəmir yolu, 3.4 %-i dəniz və 0.1 %-i hava nəqliyyatının payına düşür. Lakin dövlət büdcəsi gəlirdən və vətəndaşları 100 milyonlarla dollar qazancdan məhrum edən, Rusiya, Türkiyə və Gürcüstan yükdaşıyıcıların qarşısında zəif salan bir neçə amillər var.

Biz hələ də “Avro-6” standartlarına cavab verən yanacağı istifadə edə bilmirik. Beləliklə, avtomobil parkının köhnəliyi, ehtiyat hissələrinin bahalığı kimi amillər, logistika və anbar, qaraj və digər göstəricilərə malik böyük şirkətlərin yarana bilməməsi, icazə sənədlərin alınmasında şəffaflığın olmaması kimi səbəblər də qeyd edilməlidir”, – Z. Oruc bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər