26 C
Baku
Saturday, July 27, 2024

Zahid Oruca yeni müavin təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini seçilib.

Banker.az xəbər verir ki, bu barədə  Mərkəzdən məlumat verilib.

1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2005- ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər
Digər xəbərlər