15 C
Baku
Tuesday, May 21, 2024

 Zakir Nuriyev:”Bu il banklar qarşısında əsas məsələ müsbət meyllərin dayanıqlı olmasıdır”

“Azərbaycan banklarının aktivləri, o cümlədən kredit portfelləri 2018-ci ildə artıb. Əsas artım biznes kreditlərində baş verib”.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.

“Bu il banklar qarşısında əsas məsələ bu müsbət meyllərin dayanıqlı olması, müsbət trendin saxlanılmasıdır. Bunun üçün isə geniş imkanlar var”, – o qeyd edib.

Bundan başqa, ABA prezidentinin sözlərinə görə, əmanətlərin tam sığortalanması müddətinin daha 1 il artırılması banklarda əmanətlərin həcminin daha da artmasına imkan verəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər