20 C
Baku
Wednesday, April 24, 2024

Zakir Nuriyevin “Rabitəbank”ın səhmlərində payı azalıb

“Rabitəbank” ASC-nin Müşahidə Şurası sədri olan Zakir Nuriyevin bankın nizamnamə kapitalındakı (səhm kapitalında) payı 13,14%-dən 11,48%-ə enib. Bankın hazırda səhm kapitalı 101,30 mln. manatdır.

Banker.az-ın xəbərinə görə, 2018-ci ildə ümumilikdə isə Nuriyevlərin bankdakı payları azalmaqdadır.

Belə ki, Dilarə Nuriyeva-nın payı 10,43%-dən 9,11%-ə, Seyran Nuriyevin payı 32,53%-dən 7,60%-ə qədər azalıb.

Məlumata görə digər səhmdar olan Yaşar Qurbanov banka aid səhmlərini satıb. Y.Qurbanov buna qədər 1,7% pay sahibliyi var idi.

Hazırda tam siyahı belədir:

40,60% – Rauf Əliyev

30,00% – Validə Abbasova

11,48% – Zakir Nuriyev

9,11% – Dilarə Nuriyeva

7,60% – Seyran Nuriyev

1,07% – Aslan Xasiyev

0,14% – 12 Hüquqi Şəxs

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər