15 C
Baku
Thursday, March 28, 2024

Zaman haqqında məşhur sitatlar

Vaxtınız yoxdur deyib durmayın. Sizin də vaxtınız Mikel Anjelo, Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albert Eynşteynin sahib olduğu vaxt qədərdir.

Cekson Braun

Vaxt uçur – bu pis xəbərdir. Yaxşı xəbər odur ki, vaxtınızın pilotu siz özünüzsüz.

Maykl Altşüler

Uğur və uğursuzluq arasında bir boşluq dayanır ki, onun da adı “mənim vaxtım yoxdur” kəlməsidir.

Franklin Fild

Özünüzü təqvimlə aldatmayın. Bir ildə məhz sizin istifadə edə biləcəyiniz qədər günlər var. Belə ki, bəzi insanların bir ildə 7, digərlərinin isə 365 günü ola bilər.

Çarlz Riçards

Vaxtı xərcləmək deyil, ona investisiya etmək gərəkdir.

Stiven Kovi

Adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı.

Ötən günün qəm-kədərinə yaşadığınız bugünkü günü korlamağa izn verməyin.

Riçard Nelson

Boşuna sərf edilmiş vaxt yeganə tullantıdır ki, onu təkrar emal etmək olmur.

Siz heç zaman nədənsə ötrü “vaxt” tapa bilməyəcəksiniz, əgər sizə vaxt lazımsa, onu götürün.

Çarlz Brakston

Gələcəklə bağlı səxavətlilik – indi ilə bağlı olan hər şeyi fəda edə bilməkdir.

A. Kamyu

Zaman özü vaxtını öldürmək istəyənlərin axırına çıxır

P. Buast

Balaca uşağın bir saatı, ahıl qocanın 1 günündən daha uzundur.

A. Şopenhauer

Mən heç zaman gələcək haqqında düşünmürəm, o həddindən çox tez gəlir.

A. Eynşteyn

Hətta sabahkı günə hakim ola bilmədiyin halda, bir ömürlük planlar qurmaq axmaqlıqdır.

Seneka

Xoşbəxt olmaq haqqında elmə əsasən, bu günlə yaşamaq bacarığının üzərində dayanır.

Pifaqor

Həyatda sonradan anlayacağın şeyləri nədənsə, öncədən yaşamaq lazım gəlir.

S. Kerkeqor

Hər indiki zamanın onu işıqlandıran və onunla birlikdə yoxa çıxan gələcək zamanı vardır ki, keçmiş-gələcək.

Sartr. J-P 

Son xəbərlər
Digər xəbərlər