6 C
Baku
Thursday, January 9, 2025

Zamana edilən investisiya

Uğur, şəxsi inkişaf və karyera irəliləməsi, biznesin böyüməsi, qarşıya qoyulan hədəflərə nail olmaq və s – bütün mütərəqqi insanlar məhz buna can atırlar. 

Eyni zamanda, istənilən bir insan üçün ən vacib və güclü aktiv zamandır. Zamanın dəyərini şərti vahidlər ilə ölçmək mümkün deyil. Zaman bəlkə də yer üzündəki ən dəbdəbəli, təmtəraqlı və qiymətli məfhumdur, bəzən onun adi bir damlasını almaq üçün hətta ən varlı ərəb şeyxlərinin belə pulu çatmır.

Bəzən deyirlər ki, bizim zəmanəmizdə hətta sağlamlığı belə almaq mümkündür, amma zaman yenə də öz zalım gedişini davam etdirir, bunu dəyişmək isə heç kəsin iqtidarında olan bir məsələ deyil.

Bu planda bizim öhdəmizə düşən və edə biləcəyimiz yeganə amil – seçimdir. Məhz biz şüurlu şəkildə qərar verməliyik ki, öz vaxtımızı ağılsızcasına sərf edəcək və ya ondan səmərəli şəkildə yararlanmağa çalışacağıq.

Bu gün zamana münasibətindən asılı olaraq bütün insanları dörd şərti qrupa bölmək olar:

1. Xüsusi əhəmiyyəti olmayan, qeyri zəruri işlərlə məşğul olan insanlar. Bu tip insanlar ümumiyyətlə vaxtın dəyərini anlamırlar. Sizə belə görünə bilər ki, bu qrupun üstünlüyü heç vaxt, heç yerə tələsməmək ola bilər –axı onların tələsəcəyi yer yoxdur. Amma bu kateqoriya insanların çatışmayan tərəfləri də vardır. Özü də ki, bu nöqsan kifayət qədər ciddidir. Bu tip insanlar əhəmiyyətsiz işlərlə məşğul olaraq, adətən darıxdırıcı, boz həyat sürürlər, onlar bu dünyanı hər hansı bir yaddaqalan, xüsusi nailiyyət əldə etmədən tərk edirlər.

2. Təcili, lakin o qədər də vacib olmayan işlərlə məşğul olan insanlar. Nəyə görə bu ümumiyyətlə mümkündür? Çünki insanlar vaxt resurslarından düzgün istifadənin əhəmiyyətini və mahiyyətini tam və axıra qədər dərk etmirlər. Bu insanlar həmişə vacib məsələlərin həllini, çətin tapşırıqların başa çatdırılmasını təxirə salırlar. Nəticədə onlar bütün həyatlarını işlərdə yol verilən dəlik və boşluqları cəld şəkildə aradan qaldırmağa sərf edirlər. Halbuki bu işlər artıq köhnəlib və öz aktuallığını itirib.

3. Vacib və təcili işlər ilə məşğul olan insanlar. Belə tip insanlar heç vaxt icazə vermirlər ki, onların işləri həll edilməmiş, üst-üstə yığılıb qalsın. Baxmayaraq ki onların davranışında haradasa ümumi astagəllik əlamətləri sezilir.

4. Təcili olmayan, lakin son dərəcə vacib işləri görən insanlar. Məhz onlar nümunə götürmək üçün əsl namizədlərdir. Belə insanlar heç yerə tələsmir, onların kifayət qədər boş vaxtı olur, onlar heç zaman tələsik, qaynar tapşırıqlarla özlərini yükləməyə icazə vermirlər. Xırda məsələlər onların fikrini yayındırmır. Axı bu işlərin demək olar ki, faydası yoxdur. Onlar öz vaxtını həqiqətən yüksək qiymətləndirir, özləri üçün həqiqətən vacib işlər seçirlər, elə bir iş ki, onların qayğısız yaşamını təmin edir.

Son xəbərlər
Digər xəbərlər