Sahib olduğumuz zaman dünyanın ən dəyərli resursudur. Heç bir halda bizdən asılı olmayan zaman “gəmiriciləri” ilə yanaşı insanın vaxtını daxildən oğurlayan və məhv edən amillər də vardır. Bunlar isə işdə boşluqlara gətirib çıxaran xarakter və şəxsi keyfiyyətlərdir. Bunun da nəticəsi olaraq, vaxtın heç nəyə bəs etməyi ilə bağlı mənfi fikir və stress baş qaldırır.
Bu kimi oğruları uzaqlaşdırmaq mütləqdir, lakin daxili zaman gəmiricilərindən xilas olmaq kifayət qədər çətindir. Çünki daxili müdaxilələr insan həyatının bir hissəsidir və onlardan xilas olmaq kifayət qədər problemli bir məsələdir.
Beləliklə, ən geniş yayılmış daxili zaman oğruları bunlardır:
- “YOX” deməyi bacarmamaq
- Bütün işləri eyni anda görməyə çalışmaq.
- Yerinə yetirilmiş işlərin həcmini və zamanını təyin etməkdə səhvə yol vermək.
- Daim fayda gətirmək və hər kəsə kömək etməyə çalışmaq vərdişi.
- Düzəltməyə çalışmadığımız təbii astagəllik.
- Cari işlər barədə müxtəlif qeydlər aparmaqdan imtina etmək.
- Həddindən artıq ünsiyyətcillik. Əksər hallarda gərəksiz söhbətlər.
- İşə və iş predmeti ilə tanışlığa ilkin hazırlıq olmadan başlamaq.
- Prioritet təyin edə bilməmək.
- Sosial şəbəkələrdəki hesabları tez-tez yoxlamaq, əyləncəli saytlara və digər tematik resurslara baş çəkmək. Buna daha az vaxt ayıra bilərik, elə deyilmi?
- Şəxsi yaddaşına həddindən artıq etibar etmək.
- Bayağı işdən yayınma.
- Vacib işləri günün sonuna doğru təxirə salmaq.