28 C
Baku
Saturday, July 27, 2024

Zamanın idarə olunmasının 10 üstün cəhəti

Müəllif: Fəxri Ağayev

Doğulduğumuz andan etibarən bizim hər birimizə eyni səviyyədə şərtlər verilir. Bu 2 növ sərmayədir, hansı ki? doğulduğumuz andan etibarən avtomatik olaraq azalmağa doğru gedir. Həyat bizim hər birimiz üçün doğulduğumuz andan etibarən demokratik və ədalətlidir, çünki biz həyata eyni başlanğıc şərtləri ilə başlayırıq. 

Biz bu sərmayəni artırmaq gücündə deyilik, ancaq maksimum effektiv dərəcədə öz xeyrimizə və öz məqsədlərimiz üçün istifadə edə bilərik. Bunlar bizim sağlamlığımız və bizim zamanımızdır.

Bizim hər birimiz üçün eyni zaman verilir, gündə 24 saat. Təəssüflər olsun ki, biz ətrafımızda insanlardan tez-tez eşidirik ki, vaxt çatmır. İdmana, sağlamlığa, dostlara, ailəyə və şəxsi inkişafa vaxt çatmır. Çox vaxt insanlar şəraiti bəhanə edirlər: bəs necə, vaxt yoxdur axı…

Düzgün istifadə edərsək, bizim zamanımız və sağlamlığımız ən böyük sərmayəmiz olar. Ancaq eyni vaxtda əgər bu zamandan uzun müddət düzgün istifadə olunmazsa və ona qarşı laqeyd yanaşılarsa, bu ciddi problemə çevrilə bilər.

İdmana, sağlamlığa, ailəyə zamanın çatmamasını biz arzularımızla kompensasiya etməyə çalışırıq. Arzularımızda biz sabah, növbəti həftə, bayramlardan sonra idmanla məşğul olmağa başlayacağıq, ailəmizə və sağlamlığımıza vaxt ayıracağıq.

Bu sehrli və gözlənilən “sabah” heç vaxt gəlib çıxmır. Zaman keçdikcə bizim adətlərimiz və zamanı idarə edə bilməməyimiz get-gedə kök salmış olur, həyatımızın bir parçasına çevrilir. Sonra isə bizdə alınmadığına görə, artıq bununla barışmalı oluruq və öz həyatımızı, fiziki və intellektual sağlamlığımızı artıq idarə etmirik.

Deyirlər zaman puldur, daha doğrusu zaman pula bərabərdir. Mən düşünürəm ki, bu XXI əsr üçün düzgün deyil. Zaman pula bərabər deyil. Zaman puldan dəyərlidir çünki, pulu biz hər zaman qazana bilərik, borc verə bilərik, ancaq bunu zamanla etmək mümkün deyildir. Biz yalnız onu xərcləyə bilərik, hətta istəyimizdən asılı olmayaraq da xərcləyirik. Yalnız bir fərq ondadır ki, biz zamanınmızı özümüz və cəmiyyət üçün nə qədər xeyirli və faydalı şəkildə xərcləyirik.

“Zamanını idarə edə bilən insan həqiqətən istedadlı insandır.” Qesiod, ilk məşhur qədim yunan alimi.

Əgər qısa desək, zamanı idarə etmək – dəyərlərimizə və məqsədlərimizə görə məhdud olan zamanı istifadə etmə alətlər və texnalogiyalar dəstidir. Və beləliklə bizim şəxsi və iş həyatımızı yüksəltməyə və yaxşılaşdırmağa şərait yaradır.

51381

İxtisaslaşdırılmış ədəbiyyatda zamanı idarə etmə “Time Management”-Zamanın idarə olunması ilə məhdudlaşmır. Bu suala daha geniş və dərinliklə yanaşırlar və bunu “Life management” olaraq adlandırırlar, çünki bizim bütün həyatımız zamandan ibarətdir və biz zamanımızı məharətlə idarə etməliyik. Zamanımızın keyfiyyətli idarə etməyimiz bizim həyatımızın keyfiyyətini göstərir.

Ətrafınıza nəzər salsanız görərsiniz ki, zamanlarını fərqli şəkildə idarə edən iki eyni insan arasında necə böyük fərq vardır. Öz zamanını idarə edə bilən insanın hər bir fəaliyyətə vaxtı olur və həyatında bir balans var. Zamanı idarə etmə bacarığı olmayan insanlarda bir və ya bir neçə sahədə problemlər meydana gəlir.

“İnsanın hakim olduğu ən dəyərli məqam onun həyatıdır. Ancaq bu həyata ətraflı olaraq baxsaq, demək olar ki, ən dəyərli hissə – Zamandır, çünki həyat zamandan ibarət olur, o isə saat və qəqiqələrdən ibarətdir”. D.A.Qranin.

Zaman kimi belə dəyərli və eyni zamanda məhdud sərmayəni biz öz həyatımızda maksimum dərəcədə effektiv istifadə etməyi məqsəd qoymalıyıq. Zamanı idarə etmə bacarığı insana böyük nailiyyətlər qazandırır.

Beləliklə zamanı doğru idarə etmənin 10 əsas üstün cəhətləri:

1. Qısa zaman ərzində daha çox iş görmək. Siz gözlənilmədən vaxta necə qənaət etdiyinizi aşkarlayacaqsınız, hansı ki, daha öncələr idmana, şəxsi inkişafınıza, kitab oxumağa vaxt ayıra bilmirdiniz.
2. İdmana, sağlamlığa, şəxsi inkişafa kifayət qədər ayıracaq vaxtınız yaranır.
3. Stressə və stressli vəziyyətlərdə az gərginlik keçirəcəksiniz.
4. Həyatınızda balans olacaq.
5. Zamanınızı idarə etməyiniz karyera yüksəlişini tezləşdirəcək.
6. Az zaman ümumi məhsuldarlığınız yüksələcək.
7. Şəxsi və iş həyatınızdan bütün neqativ hallar çıxacaq.
8. Gündəlik fəaliyyətləriniz və işiniz dəqiq istiqamət alacaqlar.
9. Məqsədlərinizə nail olmağınız tezləşəcək.
10. Qeyri effektiv zaman itkisi azalacaq.

Zamanı idarə etmək –bacarıq deyil, vergi deyil. Bu sadəcə texnika və alətlər dəstidir və bir vərdişdir Digər lazımlı vərdişlər kimi, bunu öyrənmək və buna yiyələnmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər