13 C
Baku
Wednesday, November 20, 2024

Zamin durmağın hansı riskləri var

Təəssüf ki, zamin duran zaman risk həddən artıq böyükdür. Kredit ödənilməsində krediti alan şəxs və zamin, kreditin ödənilməsi üçün eyni məsuliyyəti daşıyırlar. Əgər borcalan krediti ödəmək istəməsə və ya hər hansı bir fövqəladə vəziyyət səbəbiylə krediti ödəməsi mümkün olmadıqda, bank zamindən krediti faizləriylə birgə ödəməyi tələb edir. Bu situasiyada bankın hüquqları dövlət tərəfindən müvafiq hüquqi yollarla, qanunlarla qorunur.

Zaminin məsuliyyətinə gəldikdə isə, borclu əgər kredit borcunu geri qaytarmırsa, yəni öhdəliklərini icra etmirsə və ya lazımınca icra etmirsə, zamin olaraq siz eyni dərəcədə problemin həll olunmasında məsuliyyət daşıyırsınız. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və problemlər nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ancaq təbii ki, bu zaminlik müqaviləsində olan şərtlərlə də uzlaşmalıdır.

Bu səbəblə müqavilə hazırlanarkən mütləq sürətdə hər bir bəndi oxuyun və əgər aydın olmayan bənd varsa bank əməkdaşından bunu sizə izah etməsini tələb edir.

Son xəbərlər
Digər xəbərlər