27 C
Baku
Saturday, July 27, 2024

Zaminbank müştərilərini çıxılmaz vəziyyətə qoyub

Banker.azın redaksiyasına banklardan çox saylı şikayətlər daxil olur. Onlardan biri Zaminbankın müştərisi olan Elmir Misirzadədən daxil olub.

Müştərinin bildirdiyinə görə, o bankdan bir müddət qabaq əldə etdiyi Visa Gold plastik kartını (Debet) 14 Yanvar 2016 tarixindən istifadə edə bilmir. Şikayətini banka çatdırsada, məlum olubki, bank dollar kartlarına blok qoyub.

Redaksiya olaraq, devalvasiyadan sonrakı dövrdə bir çox bankların kredit kartlarına (əsasəndə dollar) blok qoymasını müəyyən mənada başa düşmək olar. Bu müştərinin əlavə dollar krediti ilə yüklənməsi deməkdir və sonda bu adamların problemə düşmək ehtimalı vardır. Digər tərəfdəndə, kredit kartından pul çəkmək loru dildə desək bankın puludur və müəyyən mənada onun üzərində səlahiyyətə malikdir.

Lakin bankın debet kartlarına blok qoyması nə ağıla batandır, nədə  müştəri yönümlü.

Qeyd edək ki, müştərilər debet kartları ilə nə pulu nağdlaşdıra bilirlər, nədə onlayn ödənişlər edə bilirlər.

Bəziləri bildirə bilər ki, bankın dolları olmadığından bank buna məcburi olaraq gedib. Biz bu fikirlə qətiyyən razı deyilik. Birincisi ona görə ki, Zaminbank Azərbaycanda ən böyük valyuta mübadilə məntəqəsinə malik banklardan biridir . Hazırda qeyd olunan məntəqələr Mərkəzi Bankın göstərişi ilə bağlanıb və məntiqlə bankın kifayət qədər likvid dollar vəsaiti olmalıdır. İkinci məsələ isə, Mərkəzi Bankın gündəlik hərraca dollar çıxarması faktıdırki , Zaminbank o dollardan niyə almır və ya ala bilmir?!

Son xəbərlər
Digər xəbərlər