Ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin “Başak İman” Sığorta Şirkəti ASC-dəki payı Şirkətin digər səhmdarlarına təklif olunub. Bunu “Başak İnam”dan deyiblər.
“Hazırda səhmdarların bununla bağlı rəyi öyrənilir. Çox güman ki, bu ayın sonuna qədər “Zaminbank”ın payı digər səhmdarlar arasında bölüşdürüləcək” – deyə Şirkətdən bildiriblər.
Xatırladaq ki, “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i “Zaminbank”a, 7,14%-i “Turanbank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0,34%-i “Aqrarkredit” bank olmayan kredit təşkilatı QSC-yə, 49,27%-i isə Şirkətin Müşahidə Şurasının sədri Akif Kərimov də daxil olmaqla 17 fiziki şəxsə məxsusdur.
Report