21 C
Baku
Friday, July 1, 2022

“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Report

Son xəbərlər
Oxşar xəbərlər