“Zaminbank”ın sabiq filial müdiri və işçiləri 1,34 mln. manat zərəri ödəyib

0

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report agentliyi xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən – “Zaminbank”ın nümayəndəsindən ziyanın ödənilməsi haqda soruşub. Məlum olub ki, istintaq orqanı tərəfindən dəymiş zərər kimi müəyyən edilən 1 milyon 337 min manat təqsirləndirilən şəxslər tərəfindən ödənilib. Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Proses noyabrın 14-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilərlər.

Təqsirləndirilən Şahin İlyasov “Zaminbank”ın “Sumqayıt” filialının müdiri, Anar Osmanov xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.