Zamiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.
Bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılıb.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Z.Əliyev 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.