Ukraynanın “Enerqoatom” Dövlət Nüvə Elektrik Şirkəti Zaporojye Atom Elektrik Stansiyasının (AES) yenidən elektrik şəbəkəsinə qoşulduğunu bildirib.
Şirkətdən verilən yazılı açıqlamada nüvə obyektindəki enerji blokunun yenidən Ukrayna elektrik şəbəkəsinə qoşulduğu və gücün tədricən artırıldığı qeyd edilib.
Xatırladaq ki, “Enerqoatom” dünən verdiyi açıqlamada, obyektdəki xətlərin zədələnməsi səbəbindən elektrik stansiyasının tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrıldığını bildirmişdi.