6 C
Baku
Sunday, December 15, 2024

Zaporojyedə əhali məcburi olaraq pasportlaşdırılır

“Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində əhalinin məcburi pasportlaşdırılması davam edir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, xüsusilə Melitopolda Rusiyanın vergi ödəyicisi kimi qeydiyyatı olmayan vətəndaşlara hər hansı ödəniş və hesablaşmalar qadağan edilib. Bu isə öz növbəsində Rusiya pasportu ilə mümkündür.

Bundan başqa Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində mülki vətəndaşlar Rusiya pasportundan imtina ediləcəyi təqdirdə uşaqlarının əllərindən alınaraq Rusiyanın şərqinə aparılacağı ilə hədələnirlər. Bu halda valideynlərin özlərinin də Zaporojye vilayətinin Vasilyevka bölgəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilib.

Son xəbərlər
Digər xəbərlər