Zaqatala fındığı Xaçmaz fındığından baha satılır – Səbəb

Zaqatalada tədarük edilən fındığın qiyməti Xaçmazdakı qiymətləri üstələyib.

Banker.az xəbər verir ki, keçdiyimiz həftədə bu mövsümün təzə toplanan fındığı Zaqatala bölgəsində təqribən 2.30-2.50 AZN/kq qiymətləri ilə satılmışdır. Xaçmaz bölgəsində fındıq yaşıl qarzaqlı (patozla təmizlənməmiş) halda təqribən 1.40 AZN/kq qiymətlə satılmışdır. Zaqatala bölgəsində köhnə mövsüm fındığı isə təqribən 3 AZN/kq qiymətlə alıcı tapmışdır.

Sektordakı mənbədən bildirilib ki, qiymətlər bazar ortalamasını göstərir, göstəriləndən bir qədər yuxarı və ya aşağı qiymətlərin də olması mümkündür.

 

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər