10 C
Baku
Friday, December 13, 2024

Zaqatalada şirkət 20 min manat, direktoru 4 min manatdan çox cərimələndi

Zaqatala Modern Hazırlıq Mərkəzi MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Banker.az Zaqatala rayon prokurorluğuna istinadən xəbər verir ki, şirkət tərəfindən 1 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb. Vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala rayon məhkəməsinə göndərilib.
Nəticədə-Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs Zaqatala Modern Hazırlıq Mərkəzi MMC isə 20 min manat məbləğində inzibati cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər