9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Zaqatalada yeni “SOCAR” yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bu gün Zaqatala rayonu, Zaqatala-Balakən avtomagistralının üzərində “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bununla da ümumilikdə respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 42-ə çatdırılıb. Zaqatala rayonu daxil olmaqla Zaqatala-Balakən istiqamətinə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıbdır.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 42 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Son xəbərlər
Oxşar xəbərlər