“Zara” brendinin sahibi Rusiyadakı mağazalarını müvəqqəti bağlayır

“Zara” brendinin sahibi Rusiyadakı mağazalarının müvəqqəti bağlanacağını istisna etməyib, bu haqda Rusiyanın “Kommersant” xəbər agentliyi məlumat verib.

Nəşriyyatın verdiyi məlumata görə, “Zara”, “Bershka”, “Pull&Bear” və digər brendlərin daxil olduğu “Inditex” şirkəti əməkdaşlara göndərdiyi müraciətdə mağazaların müvəqqəti bağlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

COVID-19 koronavirus infeksiyası mağazaya ziyarətlərin kəskin azalmasına və malların Çindən gətirilməsinə çətinliklərin yaranmasına səbəb olub ki, “Zara MDB” bunu fors-major vəziyyət adlandırır.  

Xatırladaq ki, bundan əvvəl 14 mart tarixində Moskvanın meri Sergey Sobyanin COVID-19 koronavirusun yayılmasını “fövqəladə və qaçılmaz bir hal” adlandıraraq, paytaxtda yüksək hazırlıq rejimini tətbiq edildiyini açıqladı.

Son xəbərlər
Digər xəbərlər