10 C
Baku
Tuesday, November 26, 2024

Zara İbrahimzadə ABB-dəki vəzifəsindən ayrılıb

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) departamentlərindən birinin rəhbəri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bankın Marketinq departamentinin direktoru Zara İbrahimzadə vəzifəsindən ayrıldığını açıqlayıb.

O, bu vəzifəyə 2020-ci ilin dekabrında təyin edilmişdi.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər