10 C
Baku
Sunday, December 22, 2024

“Zara”, “Massimo Dutti” və digər brendlərin daxil olduğu “Inditex” Rusiyadan çıxır

“Zara”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” və “Massimo Dutti” geyim brendlərinin sahibi “Inditex” Rusiyada mağazaların bağlandığını, eləcə də onlayn ticarətin dayandırıldığını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mövcud şəraitdə şirkət Rusiya Federasiyasında əməliyyatların davamlılığına və kommersiya şərtlərinə zəmanət verə bilməz”, – mesajda bildirilib.

Qeyd olunur ki, Rusiyada 502 “Inditex” mağazası fəaliyyət göstərir, onlardan 86-sı “Zara” brendi altındadır. “Bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, buna görə də qrup əhəmiyyətli maliyyə itkilərinə məruz qalmayacaq”, – şirkət vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər