8 C
Baku
Friday, March 29, 2024

“Zara”, “Tesla” və “Krispy Kreme” brendlərinin reklama ehtiyacı yoxdur. Niyə?

Və niyə bu fakt hamının nəzərindən qaçır. 

“Yaxşı bir məhsulun reklama ehtiyacı yoxdur” mənasız ifadəsi möhürə bənzəyir. Lakin bu prinsipə əməl edən və eyni zamanda özü haqqında bar-bar bağıranlarla uğurla rəqabət aparan şirkətlər var. Onların sirri nədədir? 

Zara

zara
Zara

Ən uğurlu geyim markalarından biri olan Zara-da, heç bir dənə belə reklam şöbəsi yoxdur. Siz Zara reklamlarını nə stendlərdə, nə də internetdə görə bilməyəcəksiniz. Zara, Bershka, Massimo Dutti və bir neçə başqa markaya sahib olan Inditex, fərqli üsullardan istifadə edir. 

Zara çeşidinin əsasını, bildiyimiz kimi, baha brendlərin ucuz analoqları təşkil edir: Prada, Dior, Alexander Wang və ya məsələn, Marc Jacobs.  

Zara reklama yatırım etmək əvəzinə, başqa şirkətlərin marketinq büdcəsindən istifadə edir. 

“Yeni butik açan Prada, Gucci-yə yaxın olmaq istəyir, Gucci isə Prada-ya yaxın. Premium brendlərin əsas strategiyası Zara səviyyəsində olan mağazalardan uzaq durmaqdır. Zara-nın strategiyası isə bunun əksidir”, – deyə Tank jurnalının baş redaktoru qeyd edir. 

zara bag
Zara

Zara-nın ən böyük mağazası Madrid şəhərinin Salamanka rayonunda yerləşir. Gucci, Loewe, Louis Vuitton, Armani və digər lüks brendlər də buradadır. İstanbulda ispan markası Cartier, HermesChanel ilə “qonşuluq” edir. 2011-ci ildə Zara Nyu-York şəhərindəki Fifth Avenue küçəsində yerləşən obyekt alıb. 

Maraqlıdır ki, H&M, Uniqlo və orta seqmentə daxil olan digər markalardan fərqli olaraq, heç bir lüks brend ilə kollaborasiya etmir. 

2008-ci ildə Christian Louboutin məhkəməyə şikayət etməyə çalışıb, bunun səbəbi Zara-nın qadın ayaqqabılarında qırmızı altlıqdan istifadə etməsi olub. Alınmadı. İspanlar heç vaxt məşhur brendləri tam dəqiqliklə təkrarlamırlar.  

Tesla

tesla banker.azDünyanın ən çox müzakirə olunan avtomobil istehsalçısının reklama ehtiyac duymur, çünki bu şirkətin İlon Maskı var. 2016-cı ildə Forbes jurnalının verdiyi məlumata görə, dünyanın ən nüfuzlu adamları sıralamasında Tesla şirkətinin direktoru Jack Ma və Tim Cook-dan daha yüksək mövqe tutub. 

Mask sosial şəbəkələrdə aktivdir və mütəmadi olaraq mətbuatla əlaqə saxlayır. O, gələcək haqqında danışmağı sevir: robototexnika, Marsın fəthi və s. Onun dediyi ifadələrin demək olar ki, hamısı mediada səsləndirilir. 

Tesla şirkətinə qoşulan Mask onu simasına çevrildi. O, elektrik avtomobillərinin potensial alıcılarını inandıra bilmişdir ki, onlar gələcəyin texnologiyalarına toxunmaq fürsətinə görə bu qədər pul ödəyirlər. 

Elon Musk
İlon Mask

Elektrik avtomobilin ayrı-ayrı hissələrinin hər biri İlon Mask tərəfindən təqdim olunur – mühərrik, enerji toplama texnologiyası və s. Və bu strategiya çox effekt verir. 

2012-ci ildə Model S avtomobilləri buraxılmışdı, birinin qiyməti 69 min dollar idi. Car and Driver jurnalı bu avtomobilləri Porsche Panamera-dan yüksək qiymətləndirib. 

Krispy Kreme

krispy kraneBu ponçik istehsalçısının 80 yaşı var, bu gün şirkət dünyanın 25 ölkəsində fəaliyyət göstərir. Yeni satış nöqtəsinin açılışında hər zaman növbə olur. Son ildə şirkətin gəlirləri 29% artaraq 518 milyon dollara çatıb. 

Brendin tarixi Böyük depressiya dövründən başlayır. Onun təsisçisi 22 yaşlı Carver Rudolph olub. 

İlk başlarda Rudolph ponçikləri özü bişirərək velosipedlə müştərilərə çatdırırdı. Korporativ əfsanəyə görə, malın çox hissəsini yoldan keçən insanlar alırdılar. 

İlk müəssisə 2001-ci ildə ABŞ-ın hüdudlarından kənarda, Torontoda fəaliyyətə başlayıb. Bu gün şirkət Böyük Britaniya, Rusiya, Avstraliya, Livan, Küveyt, Tayvan, Tailand, Səudiyyə Ərəbistanı, Efiopiya və digər ölkələrdə fəaliyyət göstərir. 

krispy krane cakeKrispy Kreme-in istifadə etdiyi reseptlər demək olar ki, dəyişməyib. Artıq 67 ildir ki, yarımfabrikatlar Şimali Karolinada yerləşən zavodda bişirilir.  

Şirkətin Facebook şəbəkəsində 6,5 milyon, Instagram-da isə 1 milyon izləyicisi var. Krispy Kreme-in fanatları və ambassodorları arasında Beyonce ulduzunu misal çəkmək olar.  

Reklam kampaniyası əvəzində şirkət bir sıra stimullaşdırıcı aksiyalara üstünlük verir. Məsələn, 2008-ci ilin prezident seçkiləri zamanı Krispy Kreme səs verməyə gəlmiş hər kəsə ponçik paylayırdı. Barak Obamanın qələbəsi şərəfinə şirkət müştərilərinə pulsuz kofe təklif edirdi. İçkini əldə etmək üçün “Yes, we can!” demək kifayət edirdi. 

Krispy Kreme şirkətinin əsas fərqləndirici cəhəti, onun amerikan mifologiyaya dərin kök salmasıdır. Bu obraz şirkəti pop-mədəniyyətin fenomeninə çevirib. 

Son xəbərlər
Digər xəbərlər