13 C
Baku
Saturday, November 16, 2024

“Zara” və “Bershka” bütün dünya üzrə mağazalarını bağlayırlar

“Zara”, “Bershka” və “Massimo Dutti” kimi tanınmış brendlər bütün dünya üzrə mağazalarını bağlayırlar. Banker.az xəbər verir ki, bütün bu markalara sahib olan “Inditex” şirkəti yenidənqurma elan edir. Bu barədə şirkətə istinadən “The Guardian” yazıb.

Qeyd edildiyi kimi, bu addımın əsas səbəbi satışların kəskin düşməsi və pandemiya ilə əlaqəli itkilərin olmasıdır. Beləliklə, “Inditex” ə məxsus olan mağazaların sayı 7412-dən 6700-dək azalacaq.

Mütəxəssislərin fikrincə, dəb sənayesindəki problemlər artıq çoxdan başlayıb, lakin pandemiya və onunla əlaqəli məhdudiyyətlər çoxlarının biznesinə son qoyur.

Onların sözlərinə görə, hal-hazırda bazarda yeni trend yaranıb – şüurlu istehlak.

“The Guardian” qeyd edir ki, koronavirus pandemiyası səbəbindən “Inditex” satışları 44% azalaraq 3,3 milyard avroya düşüb. Bununla birlikdə, onlayn satışdakı artım “bəzi zəif cəhətləri əvəz edib”.

 

Son xəbərlər
Digər xəbərlər