9 C
Baku
Monday, December 23, 2024

Zarah İliev – Azərbaycan əsilli biznesmen

Doğum tarixi: 08.09.1966 – cı il

Doğum yeri: Qırmızı Qəsəbə, Azərbaycan

Vətəndaşlığı: Rusiya

Zarah İliyev “Avropa meydanı” ASC-nin idarə heyətinin sədri və Çərkəz bazarının həm sahiblərindən idi. Həmçinin o, 15 000 insanın daxil olduğu dağ yəhudilərinin Moskva icmasının rəhbəridir.

O 1966-cı il 8 sentyabrda Azərbaycanın şimalında Qırmızı qəsəbə adlanan kənddə doğulmuşdu. Onun ailəsi dağ yəhudilərinə mənsub idi. Qırmızı qəsəbə o zaman dağ yəhudilərinin yaşadığı əsas ərazi idi. Atası Bension çəkməçi idi və sahib olduğu 5 oğluna da uşaqlıqdan bu sənəti öyrətmişdi. Zarah isə baş geyimləri tikməklə məşğul olurdu. Onun hazırladığı papaqlar qonşuluqda yerləşən Qubanın bazarlarında satılırdı.

Zarahın 17 yaşı olduqda (1983) iki əmisinin və əmisi oğlunun bizneslə məşğul olduğu Moskvaya gedir. Buraya ilk gəldikdə o gül satmaq, mağazalara şərab paylamaqla məşğul olmuş, daha sonradan İsmayılov bazarında ticarət məntəqələri alaraq sahibkarlara icarəyə verirdi.

Daha sonradan 1993-cü ildə o Çərkəz bazarının bir hissəsini idarə edən “İliev” şirkətini yaradır. 2000-ci ildə isə İlievin şirkəti “ “Moskva” topdan və pərakəndə ticarət mərkəzi”nin 57% səhmlərini əldə edir. Zahar İliev 2000-ci ilin dekabr ayında “Safra Instruments” şirkətini yaradır. 2009-cu ildən isə o Belizdə qeydiyyatdan keçirilmiş Binston Investments Limited şirkətinə məxsusdur. Forbes jurnalına əsasən, 2003-cü ilin sonuna qədər İliev “Safra” şirkətindən yeni investisiyalar əldə etmişdir.

Lakin onun fəaliyyəti bununla bitmir. O 2005-ci ildə Zurab Çereteli ilə “Möcüzələr şəhəri” adlı şirkət təsis edir. 2009-cu ildən isə Moskvadakı dağ yəhudiləri icmasından olan ortaqları ilə “Elektron cənnət” ticarət məntəqəsi, “Grand” mebel mərkəzi, “Moskva” avtomobil hipermarketlərini yaratmışdır.

Son xəbərlər
Digər xəbərlər