10 C
Baku
Monday, November 25, 2024

“Zara”nın sahibi “vəziyyət dəyişərsə” Rusiyaya qayıdacağını istisna etməyib – Financial Times

İspaniyanın “Inditex” şirkətlər qrupunun baş direktoru və eyni zamanda “Zara”, “Pull & Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” brendlərinin sahibi Oskar Qarsia Maseyras ölkədə vəziyyətin dəyişəcəyi təqdirdə şirkətin Rusiyaya qayıda biləcəyini bildirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, şirkət Rusiyada əvvəlki mağazalara qayıda bilər. Bununla yanaşı, Maseyras qeyd edib ki, qısa müddətdə belə dəyişikliklərin baş verməsi ehtimalı azdır. Bundan əlavə, o, onu da əlavə edib ki, Rusiyaya qayıtdığı təqdirdə “Inditex” qrupu “Daher” ilə françayzi kimi işləyəcək.

Xatırladaq ki, “Inditex”in Rusiyada 500 mağazası olub və orada doqquz mindən çox insan çalışıb. 2022-ci ilin martında şirkət Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib, oktyabr ayında isə Rusiya bölməsini “Daher Group”a satmağa başlayıb.

Daha əvvəl “Bershka”, “Zara” və “Pull & Bear” brendlərinin Rusiyaya apreldə, yeni adlar altında qayıdacağı bildirilib.

Son xəbərlər
Digər xəbərlər