32 C
Baku
Tuesday, July 23, 2024

Zaur Əliyev: “Hazırda 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ var”

Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

O qeyd edib ki, bu xidmətlərin sayı yeni başladıqda 1 600 idi: “Sığortadan əvvəl dövlətin səhiyyə sahəsinə xərclədiyi vəsait 750 milyon manat idisə, hazırda Fondun vəsaiti 3 milyard manata yaxınlaşır. Bizim əsas məqsədimiz heç kəsin kənarda qalmadan bu sığortalardan yararlanmasıdır. Məqsəd imkanı olmayan şəxslərin tibbi ehtiyacını qarşılamaqdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər