7 C
Baku
Saturday, February 15, 2025

Zaur Hüseynovun dövründə – 4 milyonluq pozuntu olub

“Bakı Metropoliteni” QSC-nin külli miqdarda vergi borcu var.

Qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Z.Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Xatırladaq ki, daha əvvəl “Bakı Metropoliteni” QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər