17 C
Baku
Monday, May 6, 2024

Zaur Mikayılov Azərbaycanda şirkət rəhbərinə yüksək vəzifə verdi

Yeni yaradılan Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutuna direktor təyin olunub.

Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılovun əmri ilə Dadaşev Mir Mövsüm Anar oğlu təyin edilib.

Qeyd edək ki, Zaur Mikayılovun əmri ilə qurumun Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi və Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin vəzifə və funksiyaları “Hidrologioloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinə, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi ləğv edilərək, yeni yaradılan Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutuna həvalə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər