15 C
Baku
Tuesday, April 16, 2024

Zavod BOKT-a qarşı 19 mln. manatlıq iddia qaldırıb – “Əsassız varlanma məbləği”nə görə

Azərbaycanın aktivlərinə görə ən böyük BOKT-larından biri olan “AqrarKredit” QSC məhkəməyə verilib. Kredit təşkilatını məhkəməyə isə “pul iddiası” ilə “AzMeCo” və ya qanuni adı ilə “Azərbaycan Metanol Ko.” MMC-dir.

Banker.az xəbər verir ki, Metanol Zavodu, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “AqrarKredit”dən 19 milyon 401.33 min manat məbləğində əsassız varlanma məbləği tutularaq “Azərbaycan Metanol Ko.” MMC-nə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş edib.

İnzibati-İqtisadi Məhkəmə isə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib və hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Qeyd edək ki, “Azərbaycan Metanol Ko.” MMC 11.10.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Metanol Zavodu 2013-cü ilin oktyabrında istismara verilib və Böyük Britaniyanın “Johnson Matthey” şirkətinin ICI texnologiyası ilə təbii qazdan yüksək təmizlikli metanol istehsal edir.

metanol zavodu
Azərbaycan Metanol Zavodu

Qaradağ Metanol Zavodu 2016-cı ilin sonlarına kimi “Azərbaycan Metanol Ko.” MMC-nin mülkiyyətində olmuş, sonra isə özgəninkiləşdirilərək Azərbaycan Dövlət Neft Şirkətinə verilib.

Metanol – sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir.

Son xəbərlər
Digər xəbərlər