12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Zavod vergi borcunu ödədidiyi üçün hərrac məsələsinə xitam verilib

“Akkord”a yaxın şirkət olan “Akkord Mərmər Qranit” MMC-nin dövlətə vergi borcuna görə, alınmış əmlakın açıq hərracda satılması tələbinə dair müraciət edilmişdi.

Banker.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müraciəti Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti edib.

Bakı Kommersiya Məhkəməsində baxılarkən, məlum olub ki, məhkəməyə verilən “Akkord Mərmər Qranit” MMC artıq bu vergi borcunu ödəyib. Ona görə də adıçəkilən şirkətin nümayəndəsi, iş üzrə xitam verilməsini xahiş edib.

Qeyd edək ki, öncəki bu tip xəbərdə də “Park City Yaşayış Kompleksi”nin tikintisini həyata keçirən “Park City” MMC yarım milyonluq əmlakının vergi borcuna görə satışa çıxarılacağını xəbər vermişdik.

akkord mermer e1582101320517
Akkord Mərmər Qranit Zavodu

“Akkord Mərmər-Qranit” MMC 2010-cu ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tərkibində, 2014-cü ilin oktyabr ayından isə müstəqil olaraq fəaliyyətdədir. Baş ofisi və istehsalat sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir.

“Akkord Mərmər-Qranit” MMC müasir mühəndislik və tikinti standartlarına uyğun fəaliyyətini inkişaf etdirmək məqsədilə beynəlxalq səviyyəli aparıcı şirkətlərin qabaqcıl texnologiya və təcrübələrinə istinad edir. Beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət operativ koordinasiya olunan təcrübəli komanda heyəti əməyin idarə olumasının təşkilini təmin edir .

Son xəbərlər
Oxşar xəbərlər