17 C
Baku
Friday, October 31, 2025

Zavodda sahiblərin və adının dəyişməsi ardından yeni direktor təyin edildi

“Bakıxanov Çörək Zavodu”nun sahibi olan “Sarham” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, bu dəyişiklik şirkətin üç həftə öncə elan verdiyi təsisçi və adının dəyişdirdiyi elandan sonra baş tutub.

Əldə etdiyimiz məlumata görə, Səbayıl Əzimov Fikrət oğlu şirkətin direktoru təyin edilib.

İndiyə qədər şirkətin bir dəfə rəhbəri dəyişdirilib. Belə ki, yarandığı gündən 2024-cü ilə qədər şirkətin direktoru Rasim Nəbiyev Cəfər oğlu olduğu halda, 2024-cü ildən sonra ona rəhbərlik Hicri Nəbiyev Rasim oğluna həvalə edilmişdi. Yəni atadan oğula ötürülüb.

Şirkət oktyabrın ilk yarısında elan verib ki, Bakıxanov Çörək Zavodunun idarə edici şirkəti “Sarham” MMC “Bakıxanov Çörək Zavodu” MMC kimi hüquqi addan istifadə edəcək.

Eyni zamanda təsisçiləri də dəyişəcək. Bununla belə, çörək zavodu indiyə qədər təsisçiləri ilə bağlı mediada hər hansısa məlumat bölüşməyib.

Son xəbərlər
Digər xəbərlər