14 C
Baku
Saturday, March 29, 2025

Zavoddan 8 “Chevrolet Corvette” oğurlandı – Fərqində olmadılar

ABŞ-də naməlum şəxslər səkkiz “Chevrolet Corvette” idman avtomobilini birbaşa “General Motors” zavodundan oğurlayıblar.

Bu  barədə ABŞ mətbuatı məlumat dərc edib.

Maraqlısı budur ki, zavod işçiləri avtomobillərin oğurlanmasının fərqində olmayıblar. Lakin hadisədən bir gün sonra zavod səkkiz yeni idman avtomobilinin yoxa çıxdığının fərqinə varıb. Şirkətin mühafizəçisi zavoddan təxminən 14 dəqiqəlik məsafədə zavod texnologiyası stikerləri olan bir “Corvette” görüb. Digər nəqliyyat vasitələri isə mağaza dayanacaqlarında park edilmiş vəziyyətdə tapıblar. Oğruların avtomobilləri istifadə etdikdən sonra qoyub qaçdıqları ehtimal edilir.

Polis hadisə ilə bağlı araşdırma başladıb.

Mənbəunikal
Son xəbərlər
Digər xəbərlər