5 C
Baku
Tuesday, March 25, 2025

Zavodun keçmiş direktoru yenidən rəhbərliyə gətirildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.

Onu Usubağa Məmmədov əvəz edib.

O, bundan əvvəl də – 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.

Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən “Telemexanika” İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər