“ABŞ Ukrayna münaqişəsini ən azı 2025-ci ilin sonuna qədər qızışdırmağı planlaşdırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 8-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, rəsmi Vaşinqtonun heç kimdən gizlətmədiyi sənədlərdən də bu qənaətə gəlmək olar: “ABŞ “Raytheon” şirkəti ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin alınması üçün noyabrın sonunda bağlanmış 1.2 milyard dollarlıq müqaviləni 3 il müddətinə uzatmağı nəzərdə tutub”.