-3 C
Baku
Sunday, December 15, 2024

Zaxarova Baydenin BMT-dəki çıxışını yersiz adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışını yersiz adlandırıb.

Bayden çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin nüvə təhlükəsi barədə fikirlərindən yanlış sitatlar gətirib.

“ABŞ Prezidentinin çıxışına gəlincə, mən onu tamamilə yersiz hesab edirəm, çünki çıxışın həm başlanğıcı, həmçinin əsas istiqaməti də ölkəmiz ətrafında barədə fikirlər ətrafında qurulmuşdu. İş orasındadır ki, Bayden çıxışına Rusiya Prezidentindən sitatlar gətirməklə başladı. Bayden Rusiya Prezidentinin çıxışında guya ki, ölkəmizin dünyanı nüvə silahı ilə təhdid etdiyini iddia edib”, – Zaxarova vurğulayıb.

O qeyd edib ki, belə bir mövqe əslində deyilən sözlərin tam əksinin сəmiyyətə təbliğ olunmasıdır: “Təəssüflər olsun ki, bu mövqe hazırda Qərb KİV-i tərəfindən yenidən sərgilənir. ABŞ Prezidenti Amerika KİV-də dolaşan fikirləri daha da möhkəmləndirdi”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər