“Ermənistan xarici siyasətində dəyişiklik etdiyini açıq şəkildə nümayiş etdirir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ermənistanın xarici vektoru dəyişmədən xarici siyasət xəttini şaxələndirməsini şərh etməyə bilmərəm. Fikrimcə, bu, həqiqi niyyəti gizlətmək üçün açıq-aşkar cəhddir. Söhbət onun xarici siyasətdə oriyentasiyasında köklü dəyişiklikdən gedir. Məncə, bu, Qərbin təklifi və ya təlqini ilə çox aydın şəkildə həyata keçirilir. Digər tərəfdən, bunu kamuflyaj etməyə çalışırlar”, – M.Zaxarova bildirib.