“İqtisadi əlaqələrin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına xidmət edəcək”.
Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Biz həmişə vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması müsbət tendensiyaların möhkəmlənməsinə və son nəticədə regionda vəziyyətin sağlamlaşmasına xidmət edir”, – deyə Zaxarova söyləyib.