Qərb Ukraynadakı analoji ssenari üzrə Moldovanı anti-Rusiya kampaniyasına cəlb edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Təəssüf hissi ilə qeyd edirik ki, Qərb respublika hakimiyyətinin əli ilə Moldovanı fəal şəkildə anti-Rusiya kampaniyasına cəlb etməkdə davam edir. Ssenari Ukraynada reallaşdırılan ssenariyə bənzəyirdi: informasiya məkanını mənfi rəylərdən təmizləmək, siyasi repressiyalar, rusofobiyanın qızışdırılması, neytral statusdan uzaqlaşma, NATO ilə yaxınlaşma. Bütün bunlar Qərbdən qidalanan siyasətçilərin əli ilə edilir”,- deyə Rusiya XİN sözçüsü vurğulayıb.