11 C
Baku
Monday, November 18, 2024

Zaxarova: “Rusiya ABŞ-la diplomatik münasibətləri kəsə bilər”

Rusiya ABŞ-la vəziyyətin istənilən inkişafına hazırdır. Əgər Vaşinqton diplomatik münasibətləri kəsmək qərarına gəlsə, Moskva bu sınaqdan da sağ-salamat çıxacaq.

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə ABŞ Senatınını Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanımaq barədə çağırışını şərh edərkən bildirib.

Zaxarova qeyd edib ki, belə bir addımın məntiqi nəticəsi diplomatik münasibətlərin pozulması ola bilər və bundan sonra Vaşinqton bütün hasil olan nəticələrlə birlikdə, geri dönüşü olmayan nöqtəni keçmək riski ilə üzləşəcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar amerikalıların terrorçu adlandırdıqları rejimləri sıxışdırmağa qadir deyil.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər