“Rusiya Qarabağı rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi kimi tanıyır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərini şərh edərkən bəyan edib.
Xatırladaq ki, Medinski iyunun 9-da “Russia Today” telekanalına müsahibəsində Qarabağı mübahisəli ərazi olaraq təqdim edib və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edib.
Qeyd edək ki, Azərbaycan XİN Rusiya prezidentinin köməkçisinin bəyanatına sərt reaksiya verib.