12 C
Baku
Monday, November 25, 2024

Zaxarova “Şimal axını” qaz kəmərlərindəki insidentlə bağlı Baydendən açıqlama istəyib

“Şimal axını” qaz kəmərlərinin fəaliyyətində 25 və 26 sentyabr tarixlərində yaranmış çətinlikdə ABŞ-ın hər hansı rolu olub? Bu suala ABŞ Prezidenti Co Bayden cavab verməyə borcludur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

O, rəsmi Telegram kanalında Bayden çıxışının videoyazısını yerləşdirib: “Əgər Rusiya Ukraynaya soxularsa, rus tankları və hərbçiləri Ukrayna sərhədlərini keçsə, ondan sonra “Şimal axını” mövcud olmayacaq. Biz onun sonunu gətirəcəyik, mən bunu sizə söz verirəm. Bizim bunu etmək gücümüz var. Bayden çıxışı zamanı belə bir təşəbbüsünün olmasını verdiyi vədlə də möhkəmləndirib. Deyilən sözlərə görə məsuliyyət daşımaq lazımdır. Səsləndirdiyi fikri tam şəkildə anlamaması Baydeni məsuliyyətdən azad etmir. Avropa həqiqətləri bilməlidir” – deyə Rusiya XİN rəsmisi fikrini yekunlaşdırıb.

Xatırladaq ki, 25 və 26 sentyabr tarixlərində “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin 3 xəttində fövqəladə hal baş verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər