ABŞ Dövlət katibi Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi İrəvan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.
Zaxarova əlavə edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcək, artıq iki ölkənin XİN başçılarının danışıqları üçün məkan təklif olunub: “Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.