31 C
Baku
Wednesday, July 23, 2025

“Zeekr” və “Lynk&Co” “Geely”nin tam nəzarətinə keçir

“Geely Automobile Holding” vaxtilə özü tərəfindən yaradılmış “Zeekr” qrupunu tam nəzarətə götürərək onu törəmə müəssisəyə çevirəcək.

Tərəflər yekun razılaşma imzalayıblar. Sənədə əsasən, indiyədək “Zeekr” səhmlərinin 62,8 faizinə sahib olan “Geely” qalan bütün səhmləri də alacaq. Səhmdarların səsverməsindən sonra prosesin cari ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

Qeyd edək ki, “Zeekr” qrupuna həmçinin “Lynk&Co” markası da daxildir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər