32 C
Baku
Thursday, June 13, 2024

Zelenski: “Əlimizdə kəşfiyyat məlumatları var, İran pula görə Rusiyanı dronla təchiz edir”

Mən İran rəhbərliyinə inanmıram.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsində deyib.

“Mən onların sözünə inanmıram. İran xalqını nəzərdə tutmuram, hökuməti nəzərdə tuturam. Xatırlayırsınızsa, Ukrayna mülki təyyarəsi İran raketi ilə vurulanda İran hökuməti “bunu biz etmədik” deyə bəyanat verdi. Bizim və tərəfdaş ölkələrin ekspertlərinin araşdırmaları nəticəsində biz detalları müəyyən etdik və şübhəsiz, aydın oldu ki, bunu İran vurub və İran hökuməti bu həqiqəti gizlətməyə çalışırdı. Biz bütün sübutları təqdim etdikdən sonra nəhayət İran hökuməti etiraf etdi ki, bunu onların hərbi qüvvələri edib. Onlar bununla bağlı başsağlığı verdi. Mən vurğulamalıyam ki, bu “başsağlığından” başqa, İran tərəfi heç bir şey etmədi. Onlar bildirmişdi ki, bu faciədə ailələrini, yaxınlarını itirən şəxslərə kompensasiya verəcəklər, onları dəstəkləyəcəklər. Bir neçə dəfə İran Prezidenti ilə telefonla danışdım, müxtəlif səviyyələrdə müzakirələr oldu, ancaq əvəzində İran hökuməti nə etdi? Heç bir şey. Əgər siz birinin həyatına son qoyursunuzsa, bunun əvəzində sadəcə telefon zəngi kifayət etmir.

Bütün bunları deməkdən utanmıram və İran rəhbərliyindən çəkinmirəm”, – Ukrayna dövlət başçısı qeyd edib.

O bəyan edib ki, İran ikinci dəfə ukraynalıların ölümünə səbəb olur.

“Bizim kəşfiyyat xidmətimizin və müttəfiq ölkələrin kəşfiyyat xidmətlərinin əlində sübutlar var. İran Rusiya ilə ticarət edir, “Şahed” dronlarını və raketləri Rusiyaya satır.

İran tərəfi bunu təkzib edərək bildirir ki, bu, İranı istəməyən ölkələrin təxribatıdır. “Bəzi ölkələr bizim diplomatik münasibətlərimizin olmasını istəmirlər”, “Biz Rusiyaya dron və ya raket satmamışıq” və s. bütün bunlar hamısı İranın yalanlarıdır. Onlar müxtəlif səviyyələrdə bunu inkar edirlər. Lakin biz hər gün Ukraynanın mülki infrastrukturuna yüzlərlə zərbənin şahidi oluruq. İran Rusiyanı dronla təchiz edir. İran ukraynalıların ölümü üçün Rusiyanı təchiz edir və bütün bunları pula görə edirlər”, – Zelenski vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər