Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının vaxtının təsdiqləndiyini açıqlayıb.
Bu barədə o, “Telegram” kanalında xalqa videomüraciətində bildirib.
“Biz qoşunlarımızın yerdəyişməsi şərtlərini təsdiq etmişik, qərarlar qəbul edilib”, – dövlət başçısı bildirib.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin briqadalarına minnətdarlığını bildirib və buna hazır olmağa çağırıb.